Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sənət əsərlərinə ikinci həyat verən rəssam - Natiq Səfərov

07.10.2015 [19:55]

Bütün sənət əsərləri müəllif zəhmətinin bəhrəsidir. Zaman keçdikcə bu əsərlərin ona ikinci həyat bəxş edən sənətkara - bərpaçı rəssama ehtiyacı olur. Azərbaycanın Əməkdar incəsənət xadimi, ali dərəcəli bərpaçı rəssam Natiq Səfərov ömrünün 35 ilini bərpaçılıq sənətinə həsr edib.