Ümidin və həyatın yeni ünvanı: Kəlbəcər
24.01.2026 [18:39]
Xəbərin mətni
Kəlbəcərə budəfəki səfərimiz yanvar ayına təsadüf edir. Hər tərəfi ağ örpəyə bürüyən qar dağlar diyarına xüsusi gözəllik qatıb. Yolboyu açılan təbiət mənzərələrini – sıldırım qayaları, ağappaq qara bürünmüş dağ və dərələri qürurla seyr edə-edə Kəlbəcər şəhərinə doğru irəliləyirik. Gördüyümüz hər bir mənzərə sanki Kəlbəcərin ümid və həyatla dolu yeni səhifəsindən xəbər verir.