İcraçı direktor: Azərbaycanda sığorta bazarının həcmi 1,5 milyard manat ətrafındadır
26.01.2026 [12:56]
Xəbərin mətni
Azərbaycanda sığorta sektoru sürətlə inkişaf edir. Ötən il sığorta sektorunda inkişaf tempi ikirəqəmli olmaqla 10 faiz artıb. Bazarın həcmi artıq 1,5 milyard manat ətrafındadır. Bu sözləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı İİTKM tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Sığortaçılar Assosiasiyası ilə birgə hazırlanmış “InsurTech” adlı dərs vəsaitinin təqdimat mərasimində çıxışı zamanı deyib.