Fövqəladə Hallar Nazirliyi şərti yanğın təlimi keçirib
06.02.2026 [10:56]
Xəbərin mətni
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin təşkilatçılığı və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 17 ünvanında yerləşən “The Baku Group LTD” MTK-ya məxsus çoxmərtəbəli yaşayış kompleksində təlim keçirilib.