Qan yaddaşımızın ünvanı: Xocalı Soyqırımı Memorialı
27.02.2026 [23:01]
Xəbərin mətni
Bu gün Xocalı torpağında həm kədər, həm də qürur dolu tarixi anlar yaşanır. Fevralın 26-da Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xocalı şəhərində ucaldılan Xocalı Soyqırımı Memorialının açılışında iştirak ediblər. Dövlətimizin başçısı abidənin önünə əklil qoyaraq, 34 il əvvəl qətlə yetirilmiş günahsız soydaşlarımızın xatirəsini ehtiramla anıb.