Faciə şahidi: Asfaltın üstündə qan su kimi axırdı
02.03.2026 [19:32]
Xəbərin mətni
Xocalıda anadan olmuşam. Xocalının meşələri, çayları, Qırxqız yaylağı, Meydan yaylağı... Yay aylarında əhali Meydan yaylağına köçür, iyul-avqust aylarını orada keçirir, sonra Xocalıya enirdi. Daşbulaq yaxınlığında Xocalının ilk kəndi - Qışlaq kəndi idi. Sakinlər qışlağı həmin kənddə keçirdiklərinə görə elə adlanırdı. Çox təəssüf ki, 1905-ci ildə, 1918-ci ildə və 1992-ci ildə törədilən faciələr zamanı ermənilər ilk olaraq Qışlağa hücum ediblər... Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Tibb Universitetinin professoru, Birinci Qarabağ müharibəsi iştirakçısı və veteranı Mübariz Allahverdiyev deyib.