Tələbə: Xocalı hadisələrini xatırlamaq və gələcək nəsillərə ötürmək olduqca önəmlidir
26.02.2026 [19:09]
Xəbərin mətni
Xocalı faciəsi haqqında məktəb illərindən öyrənirik, müəllimlərimiz bu barədə bizi məlumatlandırırlar. Şükürlər olsun ki, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Xocalı soyqırımının qisası alınıb. Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecinin tələbəsi Kənan Şahverənov deyib.