Azərbaycan Dövlət İnformasiya Agentliyi

31 mart soyqırımı: Şirvan bölgəsində törədilən vəhşiliklər və Göyçay döyüşlərində qazanılan tarixi qələbə

31.03.2026 [17:09]

Xəbərin mətni

1918-ci ilin martında Azərbaycan xalqı tarixinin ən qanlı faciələrindən biri ilə üzləşdi. Erməni silahlı dəstələri bolşeviklərin dəstəyi ilə dinc azərbaycanlılara qarşı kütləvi qırğınlar törətdi. On minlərlə insan yalnız milli mənsubiyyətinə görə amansızcasına qətlə yetirildi. Bu faciənin ən ağır yaşandığı bölgələrdən biri Şamaxı oldu.