31 mart – Azərbaycanlıların Soyqırımı Günü
31.03.2026 [17:32]
Xəbərin mətni
Tarixin qanlı səhifələri yalnız keçmişin xatirəsi deyil, həm də yaddaşın sınağıdır. 1918-ci ilin mart günlərində Azərbaycan xalqı bu sınağın ən ağırını yaşadı. Minlərlə insan yalnız milli mənsubiyyətinə görə amansız qətliamlara məruz qaldı. Tarixə “31 Mart soyqırımı” kimi düşən həmin hadisələr yüz ildən artıq vaxt keçsə də, xalqımızın yaddaşında silinməz izlər qoyub.