Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan futbolunda yeni texnologiya: AFFA ilə “Eyeball” arasında əməkdaşlıq müqaviləsi imzalanıb

02.04.2026 [13:59]

Xəbərin mətni

AFFA ilə “Eyeball” şirkəti arasında əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib. AFFA-nın baş katibi Cahangir Fərəcullayev bu layihənin uşaq futbolçuların fərdi inkişafı üçün mühüm əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, müasir texnologiyaların tətbiqi məşq prosesinin keyfiyyətini artıracaq, gənc oyunçuların potensialının daha erkən mərhələdə üzə çıxarılmasına imkan verəcək.