TDT-də qarşılıqlı ticarətin payının 10 faizə çatdırılması hədəflənir
02.04.2026 [14:05]
Xəbərin mətni
Türk Dövlətləri Təşkilatının (TDT) 180 milyona yaxınlaşan ümumi əhalisi və illik orta hesabla 5 faizlik artım tempi ilə 2,1 trilyon dollara doğru irəliləyən ümumi daxili məhsulu, ticarət əlaqələrini daha da gücləndirmək üçün potensialın böyüklüyünü göstərir. Həmçinin 2024-cü ildə TDT-yə üzv və müşahidəçi ölkələrin öz aralarındakı ixracının ümumi həcmi 35,3 milyard dollara çatıb. Bu rəqəm, ölkələrimizin dünya üzrə ümumi ixracının 6,1 faizinə bərabərdir. Bu sözləri Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin görüşündə Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz deyib.