Azərbaycan Dövlət İnformasiya Agentliyi

İmtahan öncəsi övladımızı stresdən necə qorumalıyıq?

20.04.2026 [18:19]

Xəbərin mətni

Artıq ali təhsil müəssisələrinə qəbul imtahanlarının ilk mərhələsi başa çatıb. Bundan sonra isə abituriyentləri ikinci və yekun mərhələ gözləyir. Bu dövrdə yeniyetmələrin psixoloji vəziyyəti olduqca önəmlidir. Çünki bəzi abituriyentlər imtahan ərəfəsində stres və həyəcan keçirirlər. Xüsusilə də özünü başqaları ilə müqayisə etmək, ətrafdakı insanların təzyiqlərinə məruz qalmaq stresi daha da artırır. Psixoloqların fikrincə, belə vaxtlarda hər şey valideynlərin övladlarıyla düzgün davranışından asılıdır. 

 

Müxbir - Kənan Aydın 

Videooperator - Mir Rəsul Cəfərov 

Montaj - Hüseyn Ramazanov