Stereotiplər qırılır - Cəlilabadda tələbə qızlar ağır texnikanın sirlərinə yiyələnirlər
21.04.2026 [12:50]
Xəbərin mətni
İllərdir ağır texnika və kənd təsərrüfatı yalnız kişilərə məxsus bir sahə kimi qəbul edilib. Lakin cənub bölgəsində bu köhnəlmiş stereotip artıq tarixə qarışır. Çünki cəsarətli tələbə qızlar bu sahədə qəlibləşmiş düşüncələri darmadağın edirlər. Onlar öz iradələri və bacarıqları ilə sübut edirlər ki, peşəkar fəaliyyətdə cinsiyyət deyil, əzmkarlıq hər şeyi həll edir.