Akademik: Qədim türklər Böyük çöl və Bozqır mədəniyyəti əsasında formalaşaraq geniş ərazidə məskunlaşıblar
22.04.2026 [16:32]
Xəbərin mətni
Qədim türklər Böyük çöl və Bozqır mədəniyyəti əsasında formalaşaraq Altaylara qədər uzanan geniş landşaftda məskunlaşıblar. Tarixi-coğrafi bölgülərə görə, xristianlığın yayıldığı ərazilər əsasən dağlıq və dənizkənarı zonaları, slavyan xalqları daha çox meşəlik əraziləri, digər dil və etnik qruplar isə müxtəlif təbii-coğrafi mühitləri əhatə ediblər. Bunu AMEA-nın prezidenti akademik İsa Həbibbəyli “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Qədim Turan haqqında və Kiçik Asiya ərazilərində prototürk qəbilələri və onların Qafqaz əlaqələri” mövzusunda konfransda deyib.