Azərbaycan Dövlət İnformasiya Agentliyi

Eşqi Bağırov: İcmaəsaslı məktəbəqədər təhsil qruplarına cəlb edilən uşaqların sayı 35 minə çatdırılacaq

28.04.2026 [14:45]

Xəbərin mətni

Bu il icmaəsaslı məktəbəqədər təhsil qruplarından faydalanan uşaqların sayı 35 minə çatdırılacaq. Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirilən brifinqdə deyib.