Rektor: Azərbaycan UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş tarixi abidələri ilə tanınır
01.05.2026 [17:53]
Xəbərin mətni
Bu il Bakıda Ümumdünya Şəhər Forumunun On Üçüncü Sessiyası (WUF13) keçiriləcək. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı il Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilib. Bu, ölkədə şəhərsalma və memarlıq sahəsinə göstərilən diqqətin məntiqi davamı kimi qiymətləndirilir. Bu fikirləri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru professor Ceyran Mahmudova “Şəhər mühitində mədəni irs və müasir incəsənət dialoqu” mövzusunda keçirilən konfransda deyib.