Professor: Azərbaycan ilə Türkiyə arasında elm sahəsində böyük ortaq işlər həyata keçirilir
06.05.2026 [13:02]
Xəbərin mətni
Vaxtilə uzun illər boyu “Türk dünyası” deyə bilmədiyimiz sözü bu gün biz artıq sərbəst deyirik, ona görə ki, Azərbaycan və Türkiyənin ikisi də müstəqil, demokratik ölkədir. Son dövrdə iki ölkə arasında elm sahəsində çox böyük ortaq işlər həyata keçirilir. Bu fikirləri Bakı Dövlət Universitetinin (BDU) Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının müdiri, deputat, professor Hicran Hüseynova BDU-da keçirilən “Türk dünyasında transformasiya və inteqrasiya: iqtisadiyyat, siyasət və texnologiya” mövzusunda beynəlxalq konfransda deyib.