Rəşad Nəbiyev: IT, kibertəhlükəsizlik, süni intellekt və əlaqəli ixtisaslar üzrə hər il təxminən 4 min tələbə məzun olur
14.05.2026 [10:39]
Xəbərin mətni
Azərbaycanda IT, kibertəhlükəsizlik, süni intellekt və əlaqəli ixtisaslar üzrə təhsilin səviyyəsi, eləcə də işəgötürənlərin universitet məzunlarından gözləntiləri ilə bağlı geniş araşdırma aparılıb. Araşdırmanın nəticələrinə əsasən, hazırda ölkədə bu ixtisaslar üzrə hər il təxminən 4 min tələbə məzun olur. Lakin işəgötürənlərlə aparılan müzakirələr göstərir ki, bu kəmiyyət göstəricisi hər zaman keyfiyyətlə üst-üstə düşmür. Bu fikirləri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev AZCON Mühəndislik və Texnologiya Məktəbinin təqdimatına həsr olunan mətbuat konfransında deyib.