Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZCON Mühəndislik və Texnologiya Məktəbi çərçivəsində sənaye sektoru ilə sıx əməkdaşlığın qurulması da nəzərdə tutulur

14.05.2026 [12:08]

Xəbərin mətni

İstər xaricdə təhsil imkanlarının genişlənməsi, istərsə də beynəlxalq universitetlərin Azərbaycanda proqramlar təqdim etməsi baxımından gənclərimiz üçün yaranan fürsətlər ildən-ilə artır. Bu gün AZCON Holdinq, Azərbaycan Texniki Universiteti və Münxen Texniki Universitetinin əməkdaşlığı ilə yaradılan AZCON Mühəndislik və Texnologiya Məktəbi (ASSET) isə öz fərqli yanaşması ilə seçilir. Burada ən müasir məzmun, xüsusilə süni intellekt, kibertəhlükəsizlik və kompüter elmləri sahələrində innovativ tədris proqramlarının tətbiqi ilə yanaşı, mühəndislik və sənaye sektoru ilə sıx əməkdaşlığın qurulması da nəzərdə tutulur. Bu fikirləri jurnalistlərə müsahibəsində elm və təhsil nazirinin müavini Həsən Həsənli söyləyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI