Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan “ağıllı şəhər” və “ağıllı kənd” layihələrini uğurla həyata keçirməyə qadirdir – Anar İsgəndərov

15.05.2026 [12:22]

Xəbərin mətni

1859-cu ildə Bakıda cəmi 7 min nəfər yaşayırdı və həmin dövrdə Bakı şəhəri dedikdə əsasən bugünkü İçərişəhər nəzərdə tutulurdu. Elə həmin il baş verən Şamaxı zəlzələsindən sonra çar Rusiyası ilk dəfə Bakının şəhər kimi inkişafı və fəaliyyətinin təmin olunması istiqamətində müəyyən addımlar atmağa başladı. AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov Bakı Dövlət Universiteti (BDU) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində təşkil olunan “Dayanıqlı və davamlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda beynəlxalq konfransda deyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI