Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dövlətxan Dövlətxanov: Yeni Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərin ümumi planı hazırlanıb

15.05.2026 [12:31]

Xəbərin mətni

Hazırda dünya əhalisinin yarısından çoxu şəhərlərdə yaşayır və urbanizasiya prosesi sürətlə davam edir. BMT-nin proqnozlarına əsasən, 2050-ci ilə qədər dünya əhalisinin təxminən 70 faizinin şəhərlərdə yaşayacağı gözlənilir. Bu proses iqtisadi artım, innovasiya və sosial inkişaf üçün mühüm imkanlar yaratmaqla yanaşı, mənzil və torpaq fondu, ictimai xidmətlərin əlçatanlığı, həmçinin ekoloji dayanıqlıq üzərində artan təzyiqləri formalaşdırır. AZƏRTAC xəbər verir ki, bu fikirləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Dövlətxan Dövlətxanov Bakı Dövlət Universiteti (BDU) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində təşkil olunan “Dayanıqlı və davamlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda beynəlxalq konfransda deyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI