Azərbaycan Dövlət İnformasiya Agentliyi

WUF13-ün Azərbaycan pavilyonunda keçmişdən gələcəyə uzanan şəhərsalma konsepsiyası təqdim olunur - AÇIQLAMA

18.05.2026 [13:19]

Xəbərin mətni

Azərbaycanın WUF13 çərçivəsində təqdim olunan milli pavilyonu Heydər Əliyev Mərkəzinin memarlığından ilhamlanaraq hazırlanıb. Pavilyonun giriş hissəsində yerləşdirilən çinar ağacı inkişafın, həyatın və Azərbaycanın rəmzlərindən biri kimi təqdim edilir.

Bu barədə AZƏRTAC-a açıqlaması zamanı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin azad edilmiş ərazilərdə layihə idarəetməsi üzrə şöbə müdiri Ramil Cahangirov məlumat verib.