Azərbaycan Dövlət İnformasiya Agentliyi

Anna Soave: Şəhərlərin gələcəyi üçün çoxtərəfli əməkdaşlıq mühüm əhəmiyyət daşıyır

18.05.2026 [13:21]

Xəbərin mətni

Şəhərlər urbanizasiya və iqlim dəyişiklikləri ilə bağlı çağırışların ön xəttində dayanır və bu problemlərin həlli üçün yerli idarəetmə qurumları, vətəndaş cəmiyyəti, özəl sektor və digər tərəflər arasında daha güclü əməkdaşlıq mexanizmləri qurulmalıdır. Bu fikirləri BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən Assambleyaların birgə bağlanış sessiyasında “Müxtəlif səsləri ortaq prioritetlərə və əməli öhdəliklərə necə çevirə bilərik” mövzusunda təşkil olunan müzakirədə çıxış edən BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycandakı Ofisinin rəhbəri Anna Soave səsləndirib.