Azərbaycan Dövlət İnformasiya Agentliyi

Emin Ağalarov: “Sea Breeze” müasir şəhər inkişafının parlaq nümunələrindən birinə çevrilib

18.05.2026 [15:58]

Xəbərin mətni

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) COP29-dan bəri Azərbaycan üçün ən əhəmiyyətli beynəlxalq tədbirlərdən biridir. Forumda dünyanın hər yerindən on minlərlə iştirakçı, o cümlədən dövlət başçıları, beynəlxalq təşkilatların nümayəndələri və şəhər mütəxəssisləri iştirak edirlər. Bu barədə “Agalarov Development” şirkətinin prezidenti Emin Ağalarov WUF13-dəki “Sea Breeze” pavilyonunda jurnalistlərə bildirib.