Şavkat Mirziyoyev WUF13-ün qüsursuz təşkilinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib
18.05.2026 [17:33]
Xəbərin mətni
Bugünkü konfransın Xəzərin incisi olan gözəl Bakı şəhərində qüsursuz təşkilinə və bizə göstərilən səmimi qonaqpərvərliyə görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Onun rəhbərliyi ilə Azərbaycan, xüsusilə Qarabağ sürətli və genişmiqyaslı inkişaf yolu keçir. Qısa müddət ərzində azad edilmiş ərazilərdə bütöv şəhərlər bərpa olunub, yeni yaşayış kompleksləri və müasir infrastruktur obyektləri inşa edilib. Bu fürsətdən istifadə edərək vurğulamaq istəyirəm ki, Özbəkistan belə nəcib təşəbbüslərə layiqli töhfə verməyə hazırdır. Bu sözləri Özbəkistan Prezidenti Şavkat Mirziyoyev WUF13-ün Liderlər Sammitində deyib.