Murat Kurum: Azərbaycanla münasibətlərimizi daha da gücləndirmək əzmindəyik
18.05.2026 [18:32]
Xəbərin mətni
Bu gün dost və qardaş Azərbaycanda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edirik. “İki dövlət, bir millət” şüarı ilə Azərbaycan və Türkiyə liderlərinin formalaşdırdığı qardaşlıq münasibətləri iki türk xalqının gələcəyi naminə daha da möhkəmlənir. Türkiyə-Azərbaycan dostluğunun daha da gücləndirilməsi istiqamətində biz də aidiyyəti şəxslərlə birlikdə fəaliyyət göstəririk. Bunu AZƏRTAC-a açıqlamasında COP31-in sədri və Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum deyib.