Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kanada nümayəndəsi Azərbaycanın WUF13 liderliyini yüksək qiymətləndirib

18.05.2026 [19:09]

Xəbərin mətni

Dünyada son dövrlərdə iqlim dəyişmələri ilə bağlı fəlakətlərin və münaqişələrin artdığı bir dönəmdə insanları, xüsusilə də uşaqları və gəncləri diqqət mərkəzində saxlamaqla, birgə səylər göstərmədən şəhərlərin gələcəyi barədə düşünmək çətindir. Ona görə də Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) kimi tədbirlərin keçirilməsi çox vacibdir. Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı WUF13-də iştirak edən Kanadanın Freyzer Vadisi Universitetinin Şəhərsalma üzrə proqramının rəhbəri Şeril Karlen Enns deyib.