Kanada nümayəndəsi: Şəhərləşmənin gələcəyi mövcud infrastruktur üzərində qurulur
20.05.2026 [11:19]
Xəbərin mətni
Qarşıdakı iki onillikdə şəhərləşməyə təsir göstərən əsas qlobal meyillərdən biri mövcud şəhər ərazilərində sıxlığın artırılması olacaq. Onun sözlərinə görə, urbanizasiya prosesində prioritet artıq yeni şəhərlərin salınmasına deyil, mövcud məhəllələrdə daha çox mənzilin inşasına verilir. Bunu AZƏRTAC-a açıqlamasında BMT-nin Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Kanada Mənzil və İpoteka Korporasiyasının müşaviri Elle Zieqler deyib.