Bəşir Hacıyev: Kəlbəcərdə 22.200 hektar ərazi minalardan təmizlənib
21.05.2026 [22:58]
Xəbərin mətni
2020-2026-cı illəri əhatə edən rəsmi dövr ərzində Azərbaycan üzrə ümumilikdə 270 min hektar torpaq sahəsi, Kəlbəcər rayonunda isə 22.200 hektar ərazi minalardan təmizlənib. AZƏRTAC xəbər verir ki, bu məlumatı Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Urbisiddən münaqişə sonrası yenidənqurmaya gedən yol” tədbirində Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev açıqlayıb.