Baş katib: WUF13 yerli tikinti və istehsal sektorunun beynəlxalq səviyyədə tanıdılması üçün mühüm platformadır
22.05.2026 [12:03]
Xəbərin mətni
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) şəhərlərin gələcəyi, dayanıqlı urbanizasiya, innovativ tikinti yanaşmaları və insan mərkəzli inkişaf məsələlərinin müzakirə olunduğu nüfuzlu beynəlxalq platforma rolunu oynayır. Bunu WUF13 çərçivəsində AZƏRTAC-a açıqlaması zamanı Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının (ATMİA) baş katibi Sevda Quliyeva deyib.