Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nazir müavini: Liviyadakı səfirliyin fəaliyyətinin bərpası gündəmdədir

25.05.2026 [21:20]

Xəbərin mətni

Azərbaycanın bu gün Afrika qitəsində yerləşən 54 dövlətdən 53-ü ilə diplomatik əlaqələri mövcuddur. Yalnız Mərkəzi Afrika Respublikası ilə hələ diplomatik əlaqələr qurulmayıb, lakin bu istiqamətdə də iş aparılır və gözlənilir ki, yaxın müddətdə bu proses yekunlaşacaq. Bununla da Azərbaycanın Afrika qitəsində bütün ölkələrlə diplomatik əlaqələri tam şəkildə qurulmuş olacaq. Bu sözləri AZƏRTAC-a açıqlamasında xarici işlər nazirinin müavini Yalçın Rəfiyev söyləyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI