Azərbaycan Dövlət İnformasiya Agentliyi

Almaniya XİN-in rəsmisi: Azərbaycan bizim üçün çox mühüm tərəfdaşdır

27.05.2026 [17:33]

Xəbərin mətni

Azərbaycan bizim üçün təkcə regionda deyil, ümumilikdə çox mühüm tərəfdaşdır. Bizim Azərbaycanla uzun müddətdir çox yaxşı münasibətlərimiz var və əlbəttə, Ermənistanla sülhün əldə olunması ilə regionun təqdim etdiyi imkanları da görürük. Biz bunu dəstəkləyirik. Bu, hər iki tərəfdən böyük cəsarət tələb edir, həqiqətən də hərtərəfli dəstəyə layiqdir. Almaniya buna hazırdır və Azərbaycanda əlavə imkanlar da görür. AZƏRTAC xəbər verir ki, bu fikirləri Almaniya Xarici İşlər Nazirliyinin (XİN) Avropa baş idarəsinin rəisi səfir Kristof İsranq Azərbaycan mediasına müsahibəsində deyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI