Bayram günlərində ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb
26.05.2026 [16:11]
Xəbərin mətni
Bayram günlərində (mayın 27-28-29-da) ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında mayın 27-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 17-19, gündüz 23-28 dərəcə isti olacaq.