BDU-nun rektoru: Qərbi Azərbaycana qayıdışın elmi əsaslarla sübutuna nail olmalıyıq
03.06.2026 [15:23]
Xəbərin mətni
Bakı Dövlət Universiteti (BDU) və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilən “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I beynəlxalq elmi konfransının əsas məqsədi Qərbi Azərbaycana qayıdış və bunun milli konsepsiya kimi araşdırılması və qarşıdan gələn dövr üçün qarşımıza qoyduğumuz vəzifələrin müəyyənləşdirilməsi, birgə qərarların qəbul edilməsi, eyni zamanda, tədqiqat və akademikyönümlü fəaliyyətin həyata keçirilməsini birlikdə tənzimləməkdir. Bu fikirləri jurnalistlərə müsahibəsində BDU-nun rektoru Elçin Babayev deyib.