Azərbaycan Dövlət İnformasiya Agentliyi

AMEA-da Qərbi Azərbaycanla bağlı iki cilddən ibarət olan ensiklopediya çapa hazırlanır

03.06.2026 [16:28]

Xəbərin mətni

Qısa müddət ərzində Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Qərbi Azərbaycanla bağlı ilk kitablar dəsti müxtəlif mövzularda çap olunub və ilk dissertasiyalar tamamlanmaq üzrədir. Bu istiqamətdə iş davam edir. Onların içərisində mən "İrəvan şəhəri necə varsa" adlı fundamental kitabın və onun təqdimatının, eyni zamanda, "Qərbi Azərbaycan dialektoloji atlası" adlı böyük bir atlasın çapa hazırlanmaqda olduğunu ayrıca qeyd eləmək istəyirəm. Bunu AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Bakı Dövlət Universiteti (BDU) və Qərbi Azərbaycan İcmasının (QAİ) birgə təşkilatçılığı ilə keçirilən “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I beynəlxalq elmi konfransda deyib.