Musa Qasımlı: Qərbi Azərbaycana qayıdış ideyası tarixi həqiqətlərə əsaslanır
03.06.2026 [16:50]
Xəbərin mətni
XIX əsrdən etibarən irəli sürülən “böyük Ermənistan” ideyası tarixi həqiqətlərə əsaslanmadığından iflasa uğrayıb. Bu, təkcə bir ideyanın dağıdılması deyildi, bütövlükdə orta əsrlərdən bəri quraşdırılmış planların dağıdılması idi. Azərbaycanın müstəqillik qazandığı 1991-ci ildən etibarən əsas milli ideyamız torpaqlarımızın işğaldan azad edilməsi olub. Bunu Milli Məclis sədrinin müavini Musa Qasımlı Bakı Dövlət Universiteti (BDU) və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilən “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I beynəlxalq elmi konfransda deyib.