Azərbaycan Dövlət İnformasiya Agentliyi

Adil Kərimli: Yubileyin dövlət səviyyəsində qeyd olunması Azərbaycanın ortaq Türk irsinə verdiyi dəyərin bariz nümunəsidir

29.06.2026 [14:38]

Xəbərin mətni

Bu gün biz sadəcə bir yubileyi qeyd etmirik. Biz yüz il əvvəl Bakıda əsası qoyulmuş böyük bir ideyanın-ortaq mədəniyyət və mənəvi birlik ideyasının bir əsrlik tarixini qeyd edirik. İnanıram ki, keçiriləcək görüşlər yeni elmi təfəkkürün, yeni ideyaların və yeni əməkdaşlıq körpülərinin yaranmasına mühüm töhfə verəcək. Bunu mədəniyyət naziri Adil Kərimli iyunun 29-da Heydər Əliyev Mərkəzində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimində çıxışı zamanı deyib.