Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nazir: “Türk Dünyası Həftəsi”nin tədbirləri Şuşa, Xankəndi və Ağdamda davam edəcək

29.06.2026 [14:42]

Xəbərin mətni

İşğaldan azad edilmiş torpaqlarımızda yenidən qurulan hər bir şəhər, bərpa olunan hər bir abidə və yenidən həyat qazanmış hər bir məkan Azərbaycanın dirçəlişini və bütövlükdə Türk dünyasının həmrəylik ruhunu ifadə edir. Bunu mədəniyyət naziri Adil Kərimli iyunun 29-da Heydər Əliyev Mərkəzində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimində çıxışı zamanı deyib.