“Türk Dünyası Həftəsi”ndə 20-dən artıq ölkədən 120-dən çox alim, tədqiqatçı və araşdırmaçı iştirak edir
29.06.2026 [16:45]
Xəbərin mətni
Bu il Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə Prezident İlham Əliyev tərəfindən “Türk Dünyası Həftəsi”nin keçirilməsi təşəbbüsü elan olunub, iyun ayının sonundan etibarən bu tədbirin Azərbaycanda təşkil ediləcəyi bildirilib. 100 il əvvəl olduğu kimi, Bakı yenidən Türk dünyasından olan alimlərin bir araya gəldiyi mühüm elm və mədəniyyət mərkəzinə çevrilib. Bunu jurnalistlərə açıqlamasında mədəniyyət nazirinin müavini Fərid Cəfərov deyib.