Azərbaycan Dövlət İnformasiya Agentliyi

Səadət Yusifova: Ortaq tarix, dil və mədəni irs Türk dünyasının mənəvi təməlini təşkil edir

29.06.2026 [21:35]

Xəbərin mətni

Müasir dövrdə Türk dünyası yeni inkişaf mərhələsini yaşayır. Dövlətlərimiz arasında siyasi dialoq genişlənir, iqtisadi əməkdaşlıq dərinləşir, nəqliyyat və kommunikasiya əlaqələri güclənir. Bu proseslər fonunda mədəni əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Çünki ortaq tarix, dil və mədəni irs Türk dünyasının mənəvi təməlini təşkil edir. Bu fikirləri mədəniyyət nazirinin müavini Səadət Yusifova “Türk dilləri, ədəbiyyatları və tarixlərinin tədrisi müasir çağırışlar kontekstində” mövzusunda beynəlxalq elmi konfransda söyləyib.