Qəzənfər Əhmədov: Dövlət Komissiyası müasir texnoloji həllərin tətbiqinə xüsusi diqqət yetirir
30.06.2026 [14:24]
Xəbərin mətni
Gələn il axtarış işlərinə yerin atından keçən radar (GPR) sistemlərini cəlb etməyi planlaşdırırıq. Bu sistemlər məzarlıqların və insan qalıqlarının yerinin dəqiq müəyyən olunmasında yüksək səmərəlilik nümayiş etdirir. Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupun rəhbəri Qəzənfər Əhmədov Bakıda "İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi" mövzusunda keçirilən beynəlxalq konfransın bağlanış mərasimində bildirib.