Rəis müavini: Hazırda Dövlət Komissiyasında 4010 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb
30.06.2026 [14:46]
Xəbərin mətni
Azərbaycan Respublikası silahlı münaqişə nəticəsində itkin düşmüş şəxslər və ümumilikdə müharibə qurbanları ilə bağlı humanitar problemlə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başlandığı 1988-ci ildən etibarən üzləşib. Vətəndaşlarımız və dövlət qurumlarımız uzun müddətdir ki, bu ağır təzahürün mənəvi-psixoloji nəticələrinin aradan qaldırılması üçün gərgin əmək sərf edirlər. Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini, general-leytenant Şərafət Həsənov iyunun 30-da Bakıda “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edərkən deyib.