Azərbaycan Dövlət İnformasiya Agentliyi

Otuz üç il əvvəl şəhidlik zirvəsinə ucalan döyüşçü Xaçmazda dəfn olunub

01.07.2026 [15:53]

Xəbərin mətni

İyulun 1-də Birinci Qarabağ müharibəsi şəhidi Nuriyev Yarməmməd Maqsud oğlunun nəşinin qalıqları Xaçmazda dəfn olunub. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 1993-cü ildə şəhidlik zirvəsinə ucalan qəhrəman döyüşçü ölümündən 33 il sonra doğma yurdunda torpağa tapşırılıb.