Azərbaycan Dövlət İnformasiya Agentliyi

AMEA rəhbəri: Rəqəmsal türkologiya yalnız texnoloji yenilik deyil, həm də elmi təfəkkürün transformasiyasıdır

02.07.2026 [15:18]

Xəbərin mətni

Simpozium Azərbaycan və ümumilikdə Türk dünyasının folkloru, mədəni irsi və elmi nailiyyətləri ilə bağlı yeni yanaşmaları bir araya gətirib. Tədbirdə UNESCO Milli komissiyalarının nümayəndələri, beynəlxalq türk təşkilatlarının təmsilçiləri və Azərbaycan alimləri türkologiyanın qarşısında duran aktual məsələləri müzakirə ediblər. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli deyib.