Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hikmət Quliyev: Birinci Türkoloji Qurultayın ideyaları bu gün Türk dünyasının elmi və mədəni inteqrasiyasına xidmət edir

02.07.2026 [15:29]

Xəbərin mətni

1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay dünyanın müxtəlif ölkələrində yaşayan türkoloq alimlərin ilk dəfə vahid intellektual platformada bir araya gəldiyi mühüm elmi-mədəni hadisə idi. Bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev söyləyib.