Ənənəvi əkinçilikdən intensiv bağçılığa: Saatlıda uğurlu təcrübə
02.07.2026 [17:59]
Mil-Muğan bölgəsində müasir aqrotexnologiyaların tətbiqi nəticəsində intensiv və superintensiv meyvə bağlarının sahəsi ildən-ilə genişlənir. Damcı suvarma sistemləri, yüksək məhsuldar tinglər və müasir becərmə üsullarının tətbiqi məhsuldarlığın artmasına, su ehtiyatlarından səmərəli istifadəyə və keyfiyyətli məhsul istehsalına münbit şərait yaradır. Eyni zamanda, "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda nəzərdə tutulan dəstək mexanizmlərinin bölgədə intensiv və superintensiv bağların daha da genişlənməsinə, yeni investisiyaların cəlb edilməsinə və fermerlərin istehsal imkanlarının artırılmasına mühüm töhfə verəcəyi gözlənilir.