Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şöbə müdiri: “Türk Dünyası Həftəsi” türk dövlətləri arasında elmi və mədəni həmrəyliyi gücləndirəcək

03.07.2026 [15:05]

Xəbərin mətni

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” təşkil olunub. Elm və mədəniyyətlə bağlı silsilə tədbirlərdən ibarət həftə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” 22 oktyabr 2025-ci il tarixli Sərəncamına uyğun olaraq təşkil edilib. Həftə çərçivəsində dünyanın müxtəlif ölkələrindən olan türkoloq alimlər və mədəniyyət xadimləri Azərbaycana gəliblər. Qonaqların bir araya gələrək müasir çağırışları, elmi araşdırmaları və ortaq mədəniyyət layihələrini müzakirə etməsi türk dövlətləri arasında həmrəylik və əməkdaşlığın davamlı olduğunu göstərir. Bunu Mədəniyyət Nazirliyinin Azərbaycan dili və ədəbiyyat siyasəti şöbəsinin müdiri Vasif Qurbanzadə deyib.

 

BÖLMƏNİN DİGƏR VİDEOLARI