Azərbaycan Dövlət İnformasiya Agentliyi

Anar Quliyev: “Yüksəliş” müsabiqəsi ölkənin gələcək idarəçilik potensialının gücləndirilməsi məqsədlərinə xidmət edir

03.07.2026 [18:34]

Xəbərin mətni

Bu gün dünya böyük dəyişikliklər dövrünü yaşayır. Texnologiyalar inkişaf edir, iqtisadi münasibətlər dəyişir, yeni peşələr yaranır və çağırışlar meydana çıxır. Belə bir mühitdə əsas amil təbii resurslar və ya coğrafi mövqe deyil, insan kapitalıdır. Məhz buna görə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində insan kapitalının inkişafı xüsusi yer tutur. AZƏRTAC xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində çıxış edərkən deyib. 

BÖLMƏNİN DİGƏR VİDEOLARI