Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şəhid övladı: Ali təhsilimi Avropada davam etdirməyi düşündüyüm üçün Almaniyadakı yay düşərgəsi mənim üçün önəmlidir

03.07.2026 [19:04]

Xəbərin mətni

Almaniyadakı yay düşərgəsinin açılışında iştirak etməkdən çox şadam. Mən kompüter mühəndisliyi üzrə təhsil alıram və təhsilimi Avropa ölkələrindən birində davam etdirmək istəyirəm. Bu layihə çərçivəsində Almaniyada olmaq və buradakı mühitlə tanışlıq mənim üçün böyük imkandır. Bu barədə şəhid övladlarının “Əmanətə sədaqət” yay düşərgəsinin iştirakçısı, şəhid Əhməd Abdullayevin oğlu Nihad Abdullayev AZƏRTAC-a müsahibəsində deyib.