Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fərhad Hacıyev: “Yüksəliş” müsabiqəsinin yarımfinalında 331 nəfər iştirak edir və onlardan 100-ü finala vəsiqə qazanacaq

03.07.2026 [19:31]

Xəbərin mətni

Altıncı dəfə keçirilən “Yüksəliş” müsabiqəsinə 17 mindən çox müraciət daxil olub. Yarımfinal mərhələsində 331 nəfər iştirak edir və onlardan 100-ü finala vəsiqə qazanacaq. Final mərhələsinin yekununda isə 20 nəfər müsabiqənin qalibi elan ediləcək. AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində “Yüksəliş” müsabiqəsinin işçi qrupunun rəhbəri Fərhad Hacıyev söyləyib.